Uşaqlarda Qasıq Yırtığı — Əlamətləri, səbəbləri və əməliyyatla müalicəsi post thumbnail

Qasıq Yırtığı

Uşaqlarda Qasıq Yırtığı nədir?

Uşaqlarda ən çox rast gəlinən uşaq cərrahi xəstəliklərindən biri qasıq kanalı patologiyalarıdır. Bunlara qız və oğlan uşaqlarında qasıq yırtığı, oğlanlarda hidrosel (su yırtığı), qızlarda isə onun qarşılığı olan Nuck kanal kisti, həmçinin kord kistienməmiş xaya (kriptorxizm) daxildir.


Qasıq yırtığı necə yaranır?

Xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayır. Bu proses zamanı Gubernakulum adlı toxuma qarın pərdəsi ilə birlikdə aşağı enir və xayalıqla qarın boşluğu arasında əlaqə yaranır.
Əgər bu əlaqə – Prosessus Vaginalis – doğuşdan sonra bağlanmazsa, qarın içi orqanlar qasıq kanalına keçərək yırtıq əmələ gətirir.
Əgər çıxıntı dar olarsa, orqanlar keçə bilmir və bu zaman hidrosel (su yırtığı) formalaşır. Bəzən kanalın orta hissəsi açıq qalarsa kord kisti yaranır.


Risk faktorları

Prosessus Vaginalisin açıq qalma səbəbi tam məlum deyil. Normal doğulmuş uşaqlarda qasıq yırtığı təxminən 1%-də görülür, lakin yarımçıq doğulan körpələrdə bu göstərici 30%-ə qədər artır.


Hamiləlik dövründə aşkarlanması mümkündürmü?

Xeyr. Qasıq yırtığının hamiləlik zamanı aşkarlanması və qarşısının alınması müasir tibdə mümkün deyil.


Diaqnoz necə qoyulur?

Əksər hallarda valideynlər qasıq nahiyəsində şişlik fərq edərək uşağı həkimə gətirirlər. Müayinə və anamnez nəticəsində diaqnoz təsdiqlənir. Böyük uşaqlarda Valsalva manevrası ilə, kiçik yaşlarda isə uşaq ağlayarkən yırtıq kisəsi palpasiya edilə bilər.


Qızlarda və oğlanlarda rastgəlmə tezliyi

Qasıq yırtığı oğlan uşaqlarında qızlara nisbətən 8-10 dəfə çox rast gəlinir. Adətən 60% sağ tərəfli, 30% sol tərəfli, 10% iki tərəfli olur.


Müalicə necə aparılır?

Qasıq yırtığının yeganə müasir müalicə üsulu cərrahi əməliyyatdır. Bandaj və sarğı ilə şişlik bağlamağa çalışmaq təhlükəlidir – bu, orqanların sıxılmasına və fəsadlara səbəb ola bilər.

Yırtıqlar ya boğulmuş (inkarserasiya və strangulyasiya) vəziyyətdə, ya da ara-sıra şişmə simptomu ilə həkimə gətirilir. Hər iki halda yaşdan asılı olmayaraq əməliyyat edilməlidir.


Əməliyyat necə aparılır?

Ən etibarlı üsul — qasıq nahiyəsində təxminən 1.5–2 sm-lik kəsiklə icra edilən cərrahi müdaxilədir.
Bəzi hallarda, xüsusilə 5 yaşından kiçik qızlarda2 yaşından kiçik yarımçıq doğulmuş oğlanlarda, qarşı tərəf kanalının da açıq qalma ehtimalı olduğundan laparoskopik yoxlama aparılır.

Bu əməliyyatı yalnız təcrübəli uşaq cərrahı icra etməlidir, çünki oğlanlarda qasıq kanalından 3 sinir, 3 damar və toxumdaşıyıcı kanal keçir.


Əməliyyata hazırlıq və sonrakı izləmə

Əməliyyat öncəsi qan analizləri aparılır və anestezioloq müayinəsi keçirilir. Uşaq 5 saat ac gətirilir, damardaxili sistem qoşulur və əməliyyat ümumi anesteziya altında aparılır.
Əməliyyatdan sonra uşaq 2 saat ərzində qidalanır və çox vaxt eyni gün evə buraxılır.
Nəzarət müayinələri 3 gün, 3 həftə, 3 ay və 6 ay sonra həyata keçirilir.